12:03
Bakıda xadimə evdən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
Bakıda mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əhməd Cavad küçəsi 4, mənzil 1-də qeydə alınıb.

Bakı şəhər sakini Adilə Baba qızı Zülfüqarova polisə ərizə ilə müraciət edərək, evində xadimə işləyən Kifayət adlı qadının mənzildən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.
Категория: Криминал | Просмотров: 366 | Добавил: DAVUDOV | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar