22:34
Royya Nərminə kömək etmədi"Mən sağalmayacaq xəstəyə kömək etmirəm"
BRENDLIFE.COM,Bog.az-a istinadən bildirir ki,Bir neçə gənc könüllü Park Bulvarda məşhur müğənni Röya Ayxanı görəndə həvəslə yaxınlaşaraq xərçəng xəstəsi və həyatla mübarizə aparan Nərmin Hüseynli üçün ianə istəyiblər. Röya isə "mən sağalmayacaq adama pul vermirəm" deyib və gənclərə kömək etməyib. 

Halbuki, bir saç düzümünə, bir kofesinə, bir qısa ətəyinə verdiyi puldan 5-10 manat verib "Allah şəfa versin, sağ olun ki, kömək etməyə çalışırsınız" desəydi, dünya dağılmazdı. 

Kiməsə yardım edib-etməmək, pul verib-verməmək, hansısa işin qulpundan tutub-tutmamaq hərənin öz işidir. AMMA HEÇ KİM KİMİNSƏ YAXINLARI HAQQINDA "SAĞALMAYACAQ XƏSTƏ" DEMƏMƏLİDİR. 

Halbuki, bizim kimi sadə adamlar, bəlkə də Nərminin özü, bacısı, ailəsi, qohumları onun konsertinə gedərək, onu toylara çağıraraq, onu adam, milyoner ediblər. 

Millət olaraq birləşib belə adamları qınamaq, lazım gəlsə, boykot etmək və yerini başa salmaq lazımdır ki, Nərmin kimi sadə insanlar olmasa, siz heç kimsiniz! Qazandığınız pulları da, sahib olduğunuz imkanı da bu sadə insanların hesabına qazanmısınız və heç kim Röya Ayxana haqq vermir ki, onu adam sayıb kömək istəyən həvəsli gənclərə "sağalmayacaq insana yardım etmərəm" demək cəsarəti versin.

Mən Röyanı qınayıram və cəmiyyət olaraq belə şeylərə sərt reaksiya verməyin tərəfdarıyam. Bəlkə onda anlayarlar ki, sadə insanlar olmasa, onun kimi adamlar heç kimdirlər!
Категория: Show News | Просмотров: 636 | Добавил: DAVUDOV | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar