15:56
Erotik səhnələri olan serialların yayım vaxtı dəyişdirilir
"Azərbaycan televiziya kanallarında erotik səhnələri olan serilların yayım vaxtı dəyişdiriləcək”.

BRENDLIFE.COM xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

 

O deyib ki, Azərbaycanın teleradio kanallarında yayımlanan verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ, Şura tərəfindən daim nəzarətdə saxlanılır: 

"Çox təəssüf ki, Azərbaycanın televiziya kanallarında gedən bəzi verilişlərdə bu dəyərlərə hörmətsiz yanaşılır. Təbii ki, Azərbaycan televiziyalarında yayımlanan seriallardakı erotik səhnələr tutaq ki, Avropa səhnəsində adi şəkildə qarşılanardısa, ölkəmizdə bu müsbət qəbul edilmir. Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar”. 

Adıçəkilən serial haqda danışan N.Məhərrəmli bu serialda erotik səhnənin fraqment olaraq yayımlandığı haqda məlumatlı olduğunu da söyləyib: 

"Əlbəttə, istəməzdim ki, serillarda erotik səhnələr ifrat dərəcəyə çatsın. Ancaq açıq-saçıq səhnələrlə bağlı Şura qaydalar müəyyənləşib. Qaydalara əsasən, süjet xətti erotik səhnələr üzərində qurulan filmlər və digər proqramların yayımına saat 23:00-dan sonra icazə veriləcək”.


Категория: Общество | Просмотров: 405 | Добавил: DAVUDOV | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar