Вторник, 14 Мая 2024, 12:02
Приветствую Вас Гость

BRENDLIFE.COM



23:29
İlham Əliyevi 16-cı əsrdən tapdılar FOTO


Mən isə 12-ci əsrdən birini tapdım

Qənimət Zahid

Ölkə mətbuatndakı bir yazı diqqətimi cəlb etdi. «İlham Əliyev 16-cı əsrdən» adlı yazı idi. Sərlövhə 100 faiz doğru idi. İlham Əliyev hakimiyyətə münasibətdə, idarəetmə stilistikası baxımından 16-cı əsrdən üzübəri gələ bilməzdi. Bu qədər korrupsiya, bu qədər repressiya, hətta Şimali Koreyadakı təmtərağı belə geridə qoyan ata ehsanı gül bayramları ənənəsi ilə, saray əyanlarının düzülüşünə, saraydan kənar valilərin bükülüşünə qədər hər şey onun 15-16-cı əsrlərdə ilişib qalmış bir hökmdar olduğunun işarəsini verir.

Amma yazının içində tamam başqa əlamətlərdən söhbət açılır. Sən demə, İlham Əliyev zahirən Şah İsmayıl Xətaiyə bənzəyirmiş! Hansısa vəkil bunu kəşf edib, öz kəşfinə bayılıb və sevincini qəzet redaksiyalarına daşıyıb.

İlham Əliyev Şah İsmayıl Xətaiyə bənzəyirmiş.


Birinci şəkildə o qədər də yox, amma ikinci şəkildə yüzdə yüz bənzəyir. İkinci şəkildə təsvir edilir ki, hansısa əyan şahın qarşısında ikiqat olub və onun ətəyindən öpmək istəyir. Görünür, məhz bu epizod ünlü vəkilin diqqətini çəkib. Əlahəzrətin ətəyini öpmək üçün sıraya düzülən nalanların sayı-hesabı yoxdur ki! Məzkur redaksiyaya təqdim edilən şəkildə də eynən belədir. Naməlum bir əyan şahın əlindən ətəyindən öpmək üçün enerji məsrəfi ilə məşğul ikən, arxada- böyürdə də xeyli paxıl adamlar dayanıb həsədlə baxırlar.

Amma birinci şəkildəki epizod mənə hökm elədi ki, İlham Əliyevin birinci şəkildəki Şah İsmayıla daha çox bənzədiyini xəyal edim. Birinci şəkildə təsvir edilən Şah atın belində cövlan edir və qılıncı da hirslə kiminsə təpəsindən üzü aşağı siyirib durub. Yadıma bir rəvayət düşdü ki, el arasında danışırlar. Danışıqlar bundan ibarət idi ki, qibleyi aləm hələ vəliəhd olduğu zamanlarda hansısa oliqarxa acığı tutub və restoranın mətbəxində çomçəni qaparaq həmin oliqarxın təpəsinə endirib. Epizod yüzdə yüz bənzərdir.

Mən ünlü advokatımızın tapıntısından vəcdə gəlib özümü vurdum orta əsrlərin miniatür dəryasına. Düşündüm ki, mən də hökmən bir orta əsr cahangiri tapıb onu Azərbaycanın şərəfli idarəçilərindən biri ilə tutuşdurmalıyam. Zira şahımız 16-cı əsrdən 21-ci əsrə düşüb ürəyi darıxmasın və özünü öz əsrində olduğu kimi rahat və şad-xürrəm hesab etsin. Və tapdım.

Həm də mənim tapıntım bizim ünlü advokatı və hətta əlahəzrət İlham Əliyevi qeyzləndirsə də tapdım. Və daha dərindən tapdım. 12-ci əsrdən!

Çingiz xanı tapdım. Bilirsinizmi, Çingiz xan zahirən kimə bənzəyir? Yaxud hansı Azərbaycan azmanı Çingiz xana bənzəyir? Kəmaləddin Heydərov! Eynilə! 100 faizlik bənzəmə ilə bütün rekordları qırır!

İndi gedin, İlham Əliyevinizin bənzədiyi daha qədim və daha cahanşümul birisini tapın. 5-ci-6-cı əsrlərdən üzübərini qəbul etmərəm. Mənim "stavkam" budur!

Категория: Это Интересно | Просмотров: 321 | Добавил: DAVUDOV | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Категории раздела
МУЗЫКА
ВИДЕО
РАЗНОЕ
Автомир
АфишА
Show News
СПОРТ
Fashion
Политика
BRAND LIFE
Общество
Ordan-Burdan
Технологии
Это Интересно
В Мире
Криминал
Поиск
Вход на сайт

Календарь
«  Май 2014  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Архив записей
Мини-чат
Статистика
Друзья сайта