Вторник, 14 Мая 2024, 15:20
Приветствую Вас Гость

BRENDLIFE.COM



13:35
Nəqliyyat müfəttişlərinin Bakı və Şəmkirdə azğınlığı

Ziya Məmmədovun qoçuları sürücülərə qan uddurur

Bakı sakini Şəmistan Rəhimov mayın 16-da günorta saatlarında Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Departamentinin müfəttişlərinin zorakılığına məruz qalıb. Bu barədə o, "Azadlıq” radiosunun "Qaynar xətt”inə bildirib.

Şəmistan Rəhimovun sözlərinə görə, müfəttişlər onu qanunsuz taksi fəaliyyətində günahlandıraraq maşının açarlarını və sənədlərini tələb ediblər: "Taksi fəaliyyəti ilə məşğul olmuram. Anamı Masallıya yola salırdım. Avtovağzalın ikinci mərtəbəsində Masallıya gedən avtobusların yanına yenicə çatmışdıq ki, 10 VC 588 dövlət nömrə nişanlı, ”VAZ-2107" markalı şəxsi maşınımdan düşəndə tökülüşdülər üstümə. Dörd nəfər idilər.

Mən onlara şəxsi maşınımla anamı gətirdiyimi başa salınca açarı əlimdən aldılar. Çox kobud insanlardır. Leksikonlarında küçə söyüşünün biri bir qəpikdən idi. Birtəhər dartışdırıb açarı əllərindən ala bildim. Maşına soxulub sənədləri axtardılar. Sonra məndən sənədləri onlara verməyimi tələb etdilər. Mən etiraz edəndə üstümə hücum edib təpiklə, yumruqla vurdular, sənədləri əlimdən alıb bir parça kağız yazıb maşının içinə atdılar və qaçdılar".

Şəmistan Rəhimov deyib ki, həmin şəxslərin maşının salonuna atdıqları qəbzdə də 103 manat cərimə qeyd olunub: "Onların kimliklərini də dəqiqləşdirdim. Nəqliyyat Departamentinin müfəttişləri Nazim Əliyev, birininsə adı Akifdir. Digər iki nəfərin adlarını öyrənə bilməmişəm. Burada taksi sürücülərindən öyrəndim ki, səhərdən axşamadək yüzlərlə sürücünün başına belə oyunlar açırlar. Çox özbaşınadılar, sahibləri yoxdur”.

Şikayətçi bildirib ki, DIN-in "102" xidmətinə də müraciət edib: ”3 saatdan artıq vaxt keçsə də polisdən xəbər çıxmadı. Hər dəfə zəng vuranda deyirlər, ərazi üzrə polis bölməsinə ərizə ilə müraciət et".

Nəqliyyat Departamentindən isə faktı araşdıracaqlarını bildiriblər.

"Yeni Müsavat” qəzeti isə yazır ki, Ziya Məmmədovun qoçularının Bakı ilə yanaşı rayonlarda da sürücülərə etmədikləri zülm qalmayıb. Bu qoçular hətta vətəndaşları döyməkdən belə çəkinmirlər. Onların budəfəki "qəhrəmanlıqları” Şəmkir rayonunda olub. 

Mayın 15-də səhər saatlarında Nəqliyyat Nazirliyinin əməkdaşları rayonun əsas yollarının birində dayanaraq xərac toplayıblar. Pul vermək istəməyən sürücülərə təzyiq göstəriblər və hədələyiblər. 

Bu haqda məlumatı Şəmkir rayonunda yaşayan sakinlər veriblər. Hətta çətinliklə də olsa, onların fotolarını çəkə biliblər.

Sakinlərin sözlərinə görə, baş vermiş hadisə zamanı Nəqliyyat Nazirliyinin müfəttişlərinin sayı 22 nəfər olub: "Səhər saat 9 olardı. Nəqliyyat Nazirliyinin 4-5 avtomobili rayonun əsas yolunda dayandı. Sayları 22 nəfər idi. Maşından düşüb ətrafa göz gəzdirdikdən sonra başladılar öz çirkin əməllərini yerinə yetirməyə... Qarşılarına çıxan avtomobilləri saxlayırdılar. Sürücülərdən bəziləri dayanmaq istəmirdi. Çünki bunlara yaxşı bələd idilər. Sürücüləri avtomobildən zorla düşürürdülər. Bəzi sürücüləri hədələyirdilər və söyərək təhqir edirdilər”. 

Şikayətçilərin dediklərinə görə, müfəttişlərin ucbatından qəza şəraiti yaranıb: "Sanki ac qurdlar öz şikarına daraşmışdı. Avtomobilləri normal qaydada saxlamırdılar. Saxlamaq istədikləri avtomobili birisi öndən, digəri isə arxadan sıxışdırırdı. Maşınların qarşısında sağa-sola gedirdilər. Qəza şəraiti yaradırdılar ki, sürücü məcbur olub dayansın. Onların buna ixtiyarı yoxdur. Tamam qanunsuz iş görürlər. Heç kəs bunlara mane ola bilmir. Necə istəsələr, elə də hərəkət edirlər. Fotolarını çəkdiyimizi gördülər. Hücum çəkmək istədilər. Görəndə ki biz artıq oradan uzaqlaşmışıq, maşına minib qaçdılar”.

Категория: Общество | Просмотров: 342 | Добавил: DAVUDOV | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Категории раздела
МУЗЫКА
ВИДЕО
РАЗНОЕ
Автомир
АфишА
Show News
СПОРТ
Fashion
Политика
BRAND LIFE
Общество
Ordan-Burdan
Технологии
Это Интересно
В Мире
Криминал
Поиск
Вход на сайт

Календарь
«  Май 2014  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Архив записей
Мини-чат
Статистика
Друзья сайта