23:36
Vahid Ələkbərov bir gecədə 1 milyard dollar itirdi
Blumberq” şirkətinin siyahısında olan dünyanın 300 ən varlı adamı birjalarda valyutanın düşməsi ilə bağlı 44.4 milyard dollar itiriblər. 

Buna səbəb isə martın 3-də Krımda baş verən gərginlik olub.

"Axar.az” xəbər verir ki, Blumberqin hesablamalarına əsasən, rus və Ukrayna milyarderləri həmin hadisədən sonra 12.8 milyard dollar itiriblər.

NOVATEK-in rəhbərləri Qennadi Timçenko və Leonid Mixelson 3.2 milyard dollar itiriblər.

Krımdakı gərginlik azərbaycanlı milyarder, "Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərova ciddi ziyan vurub. Milyarder bir gecədə 1 milyard dollarını itirmək məcburiyyətində qalıb.

ANN.Az
Категория: Общество | Просмотров: 450 | Добавил: DAVUDOV | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar