04:05
Leyla Əliyeva 10 yaşında
Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevanın illər öncə çəkilmiş videosu yayılıb.

BRENDLİFE.COM anspress-ə istinadən xəbər verir ki, görüntülər 19 il əvvəl, 1995-ci ildə "Bakılı oğlanlar” ŞHK-nun Heydər Əliyev Sarayında çıxışı zamanı çəkilib. 
10 yaşlı Leyla Əliyeva səhnədə şeir söyləyir. Balaca Leyla damdabaca balasının dilindən yazılmış şeiri özünəməxsus şəkildə şirinliklə söyləyir.

"Dayanın, getməyin, evlərini buraxmayın, işıqlarınızı söndürməyin! 

Mən damdabacayam, boş evdə tək qalmaq dəhşətdir. Xahiş edirəm, getməyin! 

Siz heç bilirsizmi evdə ən əsas şey nədir? 

Xeyr, divarlar deyil! Hətta onun arxasında yaşayanlar da deyil.

Qonaqlardır əsas. Bəli, bəli, qonaqlardır.

Onlar artıq sizə gəlirlər, mən onların addımlarını eşidirəm.

Qarşılayın onları, onlar sizin qonaqlarınızdı!” 

Leyla Əliyevanın çıxışını zalda izləyənlər arasında atası İlham Əliyev və anası Mehriban Əliyeva da görünür. Onlar qızlarının çıxışlarını sevinclə alqışlayırlar.

Qeyd edək ki, Leyla xanım şairədir. Onun rus dilində qələmə aldığı şeirlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Категория: Show News | Просмотров: 496 | Добавил: DavuDoV8894 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
Vkusno Kulinariya 25 Марта 2024 в 20:39 / Материал Спам
vsaaa
0
avatar